20 May 2024
Bayden Ursula fon der Leyeni NATO-nun Baş katibi görmək istəyir

Bayden Ursula fon der Leyeni NATO-nun Baş katibi görmək istəyir

05 İyul 2023
Baxış: 491

ABŞ prezidenti Cozef Bayden Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyeni 2024-cü ildə NATO-ya rəhbərlik etməyə ən yaxşı namizəd hesab edir.

Bu barədə “The Daily Telegraph” nəşri alyansdakı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Amerika lideri blokun hazırkı baş katibi Yens Stoltenberqin yaxın 12 ay ərzində layiqli əvəzləyicisinin tapıla bilməyəcəyindən ehtiyat etdiyi üçün alman siyasətçini NATO-ya rəhbərlik etməyə inandırmağa çalışıb.

“Gələn il problem yaşayacağıq, çünki vəziyyətin bu ildən yaxşı olmayacağı bəlli olur”, - başqa mənbə əlavə edib.

Qəzetə başqa bir mənbə deyib ki, Bayden və Ursula fon der Leyenin son illərdə Çin, Ukrayna və iqlim məsələlərində transatlantik əlaqədə vahid mövqedən çıxış etməsi tərəflər arasında güclü bir bağ yaradıb.

Nəşr yazıb ki, qadın diplomatın fransız dilini mükəmməl bilməsi onun Fransa prezidenti Emmanuel Makrondan dəstəyini təmin edə bilər. Eyni zamanda, 2013-2019-cu illərdə Almaniya Müdafiə Nazirliyinə yaxşı rəhbərlik etməməsi ona qarşı istifadə edilə bilər.

Teqlər: