20 May 2024
Bayden Ukraynanı niyə dəstəkləyir? - ABŞ konqresmeni ŞOK SƏBƏBİ AÇIQLADI

Bayden Ukraynanı niyə dəstəkləyir? - ABŞ konqresmeni ŞOK SƏBƏBİ AÇIQLADI

27 Yanvar 2022
Baxış: 451

Co Bayden “Rusiya təhlükəsi” fonunda Ukraynanı dəstəkləyir, çünki Kiyevdə Amerika prezidentinin oğlu ilə bağlı kompromatlar var.

AJMEDİA.İNFO Modern.az-a istinadən xəbər verir ki, bu barədə Respublikaçı konqresmen Marjorie Green "War room" podkastında danışıb.

“Əsgərlərimiz nüvə silahına malik Rusiya ilə müharibədə ölə bilər, çünki Ukraynanın Hanter Bayden (ABŞ prezidenti Co Baydenin oğlu - red) üzərində çirkabı var. Ağ Evin rəhbəri oğlu Hanter Baydenə Amerikanın ən böyük düşmənləri olan Rusiya və Çindən pul çəkməyə icazə verməklə səlahiyyətlərindən sui-istifadə edib”.

Son zamanlar Qərb Rusiyanı Ukraynaya hücum hazırlamaqda ittiham edir. Kremldən isə bildirilir ki, bu cür bəyanatlar Rusiya sərhədlərinə daha çox hərbi texnika və NATO qüvvələri yerləşdirmək üçün bəhanə kimi istifadə olunur.

Qeyd edək ki, ötən həftə Ukrayna ABŞ-dan 90 ton müxtəlif silahlarla birlikdə ilk silah partiyasını alıb. Ertəsi gün hərbi yardımın ikinci partiyasını daşıyan növbəti təyyarə Borispol hava limanına enib. Beləliklə, yanvarın 25-də Kiyev Vaşinqtondan müasir avadanlıq və müdafiə sursatları alıb.