20 May 2024
Bayden Qarabağ ermənilərinə pul ayırmaqdan İMTİNA EDİR

Bayden Qarabağ ermənilərinə pul ayırmaqdan İMTİNA EDİR

30 Mart 2022
Baxış: 510

2022-ci ildə “humanitar layihələrə dəstək” adı ilə Qarabağa 2 milyon pul ayıran ABŞ 2023-cü ildə bundan imtina etmək niyyətindədir: Bayden Administrasiyası növbəti il üçün Konqresə təklif etdiyi büdcə layihəsinə Qarabağın adını daxil etməyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

“Nəticə erməni diasporu\lobbisinin Konqresə nə qədər təsir edə biləcəyindən də asılı olacaq. Lakin Ağ Evin bu addımı okeanın o tayında da reallığın tədricən qəbul edilməsinin başlanğıcı hesab edilə bilər”, - deyə o bildirib.