17 May 2024
Bayden HƏMAS-ın İsrailə hücumu ilə bağlı yeni bəyanat yayıb

Bayden HƏMAS-ın İsrailə hücumu ilə bağlı yeni bəyanat yayıb

08 Oktyabr 2023
Baxış: 629

Bayden bildirib ki, ölkəsi belə faciəli günlər yaşayan israillilərə bütün lazımi yardımı göstərəcək.
AJMEDİA.İNFO xəbər verir ki, ABŞ prezidenti Co Bayden şənbə günü fələstinli terrorçuların İsrail vətəndaşlarına və əsgərlərinə qarşı misli görünməmiş hücumlarından sonra İsrailə dəstəyini ifadə etməyə davam edib.

Çox cəbhəli hücumda HƏMAS terrorçuları İsrailin ən azı 22 şəhərinə soxulub, mülki əhalini və əsgərləri öldürüb, Qəzzada isə raket atəşi altında insanları girov götürüblər.


"İndi İsrailə düşmən olan hər hansı bir tərəfin bu hücumlardan mənfəət üçün istifadə etməsinin vaxtı deyil" deyə Bayden bildirib. “Mənim administrasiyamın İsrailin təhlükəsizliyinə dəstəyi güclü və sarsılmazdır”.