17 May 2024
Baş nazirdən maaşlarla bağlı QƏRAR

Baş nazirdən maaşlarla bağlı QƏRAR

06 Fevral 2024
Baxış: 342

Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri artırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərarla Azərbaycan Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin
maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləğləri məxfi olduğundan açıqlanmır.

Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.