17 May 2024
Baş nazir şənlikdə içki içərkən görüntüləndi - VİDEO

Baş nazir şənlikdə içki içərkən görüntüləndi - VİDEO

18 Avqust 2022
Baxış: 488

Finlandiyanın 34 yaşlı Baş naziri Sanna Marin qatıldığı festivallar və geyindiyi paltarlarla növbəti dəfə gündəm mövzusuna çevrilib.

AJMEDİA.İNFO xəbər verir ki, Baş nazirin ziyafətdə çəkilmiş görüntüləri sosial şəbəkələrdə izləmə rekordu qırıb.

Sözügedən videoda Marinin bir qrup dostları ilə ziyafətə qatıldığı, spirtli içki qəbul etdiyi və rəqs etdiyi görünür.

Digər tərəfdən, Sanna Marinin sızdırılmış rəqs görüntülərinin harada və nə vaxt çəkildiyi məlum deyil. Lakin Baş nazirin videosu sosial medianı iki yerə bölüb. Çünki videoda yer alan Marin ölkəsi qarşısında öhdəlikləri olduğu halda şənlikdən-şənliyə qaçdığı üçün tənqid edilib. Digərləri isə Finlandiyanın baş nazirini ölkəsinin işlərindən özünə vaxt ayırdığına görə yüksək qiymətləndiriblər.

(unikal)