20 May 2024
Banklarda əmanəti olanlara yeni fürsət - VİDEO

Banklarda əmanəti olanlara yeni fürsət - VİDEO

05 Yanvar 2024
Baxış: 426

Fiziki şəxslər banklarda olan depozit gəlirlərini vergidən tam azad edə bilərlər.

AJMEDİA.İNFO-nun xəbərinə görə, iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə vergi güzəştləri qüvvəyə minib. Fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq.

Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat gəlir vergidən azaddır.

Ekspert bildirib ki, vergi güzəştindən daha yaxşı faydalanmaq üçün vəsaitin bir deyil, iki banka yerləşdirilməsi daha əlaverişlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: