17 May 2024
Bankda güclü partlayış BAŞ VERDİ - Ölən və yaralananlar var - VİDEO

Bankda güclü partlayış BAŞ VERDİ - Ölən və yaralananlar var - VİDEO

06 İyul 2022
Baxış: 454

Ermənistanda banklardan birində güclü partlayış baş verib. Ölən və yaralananlar var.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

İyulun 6-da səhər saatlarında Aştarakdakı banklardan birində partlayış, ardınca isə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza siqnalı saat 09:07 radələrində daxil olub.

İlkin məlumata görə, bir nəfər ölüb, beş nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Yanğın saat 09:54 radələrində söndürülüb.

(konkret.az)