14 May 2024
"Baku Bus"ın avtobusu yolda YANDI - ANBAAN VİDEO

"Baku Bus"ın avtobusu yolda YANDI - ANBAAN VİDEO

10 Dekabr 2022
Baxış: 408

Bu gün səhər paytaxt yollarının birində "Baku Bus"ın avtobusunda yanğın hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.

Videoda avtobusun arxa hissəsinin alovlandığı aydın görünür.

Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev açıqlamasında bildirdi ki, texniki nasazlıq səbəbindən BakuBus MMC-nin istismarında olan 205 nömrəli xətt üzrə avtobusda alovlanma olub:

"Sürücü təlimata uyğun davranaraq alovun yayılmasının qarşısını alıb. Eyni zamanda da avtobusun özünün də yanğınsöndürmə sistemi işə düşüb. Hadisə nəticəsində xəsarət alan yoxdur".

Həmin videonu təqdim edirik: