Təyyarədə ürəyi dayanan şəxsi millət vəkili XİLAS ETDİ - FOT...
dünən 18:00Bakıya toya gələn müharibə iştirakçısı faciəvi şəkildə öldü - FOTO
28 Oktyabr 2022
Baxış: 308
Bakıda müharibə iştirakçısı faciəvi şəkildə ölüb.
AJMEDİA.İNFO-nun məlumatına görə, Baxışov Yusif Vasif oğlu toydan çıxıb yolu keçmək istəyərkən onu "Kamaz” markalı yük maşını vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, Yusif Baxışov Salyanın Xələc kəndində yaşayırmış və Bakıya məhz toya görə gəlibmiş.
Yaxınlarının bildirdiyinə görə, Yusif Aprel döyüşləri ilə yanaşı, Vətən müharibəsində də iştirak edib. Onun hadisə baş verən günə qədər MAXE kimi hərbi xidmətini davam etdirdiyi qeyd olunur. (Qafqazinfo)