17 May 2024
Bakının mərkəzindəki məşhur restoranda ÖLÜM

Bakının mərkəzindəki məşhur restoranda ÖLÜM

27 Sentyabr 2022
Baxış: 417

Bakının mərkəzində - “Tarqovıy” adlanan ərazidə yerləşən “Dolma” restoranında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən restoranda Gürcüstan vətəndaşı, 1991-ci il təvəllüdlü Rafiq Yasin oğlu Abdullayev qəfil vəfat edib. Onun restoranda təmir işləri görərkən elektrik cərəyanının vurması nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.