17 May 2024
Bakının mərkəzi prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq

Bakının mərkəzi prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq

31 Yanvar 2022
Baxış: 715

Sabahdan başlayaraq Bakının Xətai rayonunun 8 Noyabr prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

AJMEDİA.İNFO xəbər verir ki,Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, prospekt boyunca asfalt-beton örtüyünün deformasiyaya uğramış hissələrinin təmiri davam etdiriləcək. İşlərin aparıldığı müddətdə prospektdə hərəkət iş aparılan zolaq üzrə (digər hərəkət zolaqları açıq qalacaq) hissə-hissə məhdudlaşdırılacaq.

“Bu üzdən sürücülərdən prospektdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - deyə qurum bəyan edib.