18 May 2024
Bakının əhalisi sürətlə artan rayonları hansılardır? - ADLAR

Bakının əhalisi sürətlə artan rayonları hansılardır? - ADLAR

08 Yanvar 2024
Baxış: 297

Bakı şəhərinin Baş Planına əsasən paytaxt əhalisinin sayı 2,6 milyon nəfərdən çoxdur.


AJMEDİA.İNFO plan sənədinə istinadən xəbər verir ki, 2019-cu ilin sonunda Bakıda 2,626 milyon nəfər daimi qeydiyyatda olub.


Plan sənədindən aydın olur ki, 10 il ərzində Bakı əhalisinin sayı 31 faiz və ya təxminən 600 min nəfər artıb.


Bakının əhali sayına görə, ən böyük rayonu Sabunçudur. Plan sənədinə görə, 2019-cu ildə burada 352 min insan daimi qeydiyyatda olub. Həmin tarixdə Binəqədi rayonunda 321, Xətai rayonunda 318 min, Yasamal rayonunda 273 min, Suraxanı rayonunda 246 min insan yaşayıb.


On il ərzində əhali sayında ən böyük artım Sabunçuda qeydə alınıb. Burada əhali sayı təxminən 62 faiz artıb. Əhalinin sayı Binəqədidə 37 faiz, Xətaidə 33 faiz artıb.
Bakıda əhali sıxlığı ən yüksək olan rayonlar isə Nəsimi (bir hektara 239 nəfər), Yasamal (171 nəfər), Nizami (107 nəfər), Xətaidir (102 nəfər). Paytaxtda əhalinin ən seyrək məskunlaşdığı rayon isə Qaradağ və Pirallahıdır. Qaradağda bir hektara 1,3 nəfər, Pirallahıda 3 nəfər düşür.(sfera.az)