18 May 2024
Bakıda yolu qaçaraq keçməyə çalışan piyada avtomobilin altında qaldı - ANBAAN VİDEO

Bakıda yolu qaçaraq keçməyə çalışan piyada avtomobilin altında qaldı - ANBAAN VİDEO

31 Mart 2022
Baxış: 448

Paytaxtın Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, piyada günün qaranlıq saatlarında yolu qaçaraq keçməyə cəhd edib.

O, yolun birinci hərəkət hissəsini keçdikdən sonra sürətlə qaçıb. Bu zaman avtomobil tərəfindən vurub. Qəza zamanı avtomobil piyadanın üzərindən keçib.

Hadisə nəticəsində piyada ciddi xəsarət alıb. Yolda isə tıxac yaranıb.

Sözügedən qəzanın görüntülərini təqdim edirik: