21 May 2024
Bakıda yolu kəsən nazir qızı CƏRİMƏLƏNDİ - FOTO

Bakıda yolu kəsən nazir qızı CƏRİMƏLƏNDİ - FOTO

18 Noyabr 2021
Baxış: 594

Bakıda yolu kəsən xanım sürücü cərimələnib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən "avtosfer.az”a məlumat verilib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, 90-LM-475 qeydiyyat nişanlı "Ford” markalı avtomobilin sürücüsü Nərimanov rayonu Azadlıq prospektində səkidə parklanma qaydasını pozaraq hərəkət iştirakçılarının yolunu kəsdiyi üçün barəsində tədbir görülüb. Sürücü Vəkilova Təranə Rafael qızı İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimələnib.

Xatırladaq ki, yolu kəsdiyinə görə özünə haqq qazandıran Təranə Vəkilova "mən o binanın sakiniyəm, yerimdə kimsə saxlayanda belə edirəm, nazir qızı olmuşam”, - deyib.

Məlumata görə qaydaları pozan Təranə Vəkilova Azərbaycanın görkəmli şairi Səməd Vurğunun nəvəsidir.

Bakıda yolu kəsən