19 May 2024
Bakıda yol polisi ölümdən son anda döndü - ANBAAN VİDEO

Bakıda yol polisi ölümdən son anda döndü - ANBAAN VİDEO

17 Yanvar 2022
Baxış: 411

Bakıda yol polisi əməkdaşının qarşısında ağır qəza olub.

AJMEDİA.İNFO xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb.

Kəsişmədə “Opel” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı yol patrul xidmətinin əməkdaşı da həmin kəsişmədə olub. Belə ki, polis əməkdaşı toqquşan avtomobillərin arasında qalıb. Nəticədə yol polisi əməkdaşı ölümdən dönüb və qolundan yüngül xəsarət alıb.

Hadisə anının görüntülərini təqdim edirik: