06 May 2024
Bakıda xanım məmur professorun yarım milyon manatlıq villasını aldı - FOTO

Bakıda xanım məmur professorun yarım milyon manatlıq villasını aldı - FOTO

19 İyul 2023
Baxış: 442

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə 500 min manata olan villa alıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Konkret.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, Mehriban Vəliyevanın aldığı villa Bakı Dövlət Universitetinin mərhum professorlarından birinə məxsus olub. Alqı-satqı prosesi mərhum professorun ailə üzvləri ilə BŞTİ-nin müdiri arasında baş tutub.

Maraqlıdır ki, zaman-zaman mətbuatda Bakı məktəblərində müxtəlif yığımlarla bağlı məsələ gündəmə gəlib. Bu iddia, yəni Mehriban Vəliyevanın 500 min manata villa alması məsələsi yazılanların həqiqət yükünü artırır. Paytaxt məktəblərinin bir çoxunun təmirə ehtiyacı olduğu bir vaxtda Mehriban Vəliyevanın yarım milyon manata mülk alması təhsilidəki neqativ hallarla bağlı şübhələrə əsas verir.