17 May 2024
Bakıda translar evi dağıtdı: "Bilirsən, mən kiməm?" - VİDEO

Bakıda translar evi dağıtdı: "Bilirsən, mən kiməm?" - VİDEO

04 Fevral 2022
Baxış: 675

Bakıda cinsi azlıq nümayəndələri ilə insident yaşanıb.

AJMEDİA.İNFO Ölkə.Az-a istinadən xəbər verir ki, hadisə zamanı 2 transgender fərdi qarşı tərəflə mübahisə edib, ardınca isə mənzilin əşyalarına ziyan vurub.

Cinsi azlıq nümayəndəsi "Bu dəqiqə özümü doğrayaram. Sən bilirsən mən kiməm?", - deyərək oğlanlarla mübahisə edib.

Məlumata görə, videodakı transgender fərdləri müştəri qismində tanımadıqları şəxslərin evinə gedib. Daha sonra ortaya çıxıb ki, həmin şəxslərin onlarla görüşmək niyyəti olmayıb, sadəcə, ələ salmaqları üçün cinsi azlıqları çağırıblar. Bu səbəbdən onlar arasında münaqişə yaşanıb.

Görüntülər sosial mediada yayıldıqdan sonra transgender etdiyi hərəkətlərdən peşman olaraq üzr istəyib.