19 May 2024
Bakıda qohumlar arasında QANLI DAVA - Sinəsindən vurdu

Bakıda qohumlar arasında QANLI DAVA - Sinəsindən vurdu

13 İyul 2023
Baxış: 356

Bakıda bıçaqlanma hadisəsi olub.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsi Daşkarxanası küçəsində baş verib. 37 yaşlı Rahib İslam oğlu Niyyətov münaqişə zəminində bibisi oğlu 30 yaşlı Orxan Musafəddin oğlu Hümbətovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.

R. Niyyətov saxlanılıb. Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.