19 May 2024
Bakıda qızlarını qonşuya əmanət edən valideyn dəhşət yaşadı

Bakıda qızlarını qonşuya əmanət edən valideyn dəhşət yaşadı

31 Yanvar 2024
Baxış: 545

Bakının Sabunçu rayonunda iki nəfər dəm qazından zəhərlənib.

AJMEDİA.İNFO APA-ya istinadənxəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, hamam otağında olan 2010-cu il təvəllüdlü Kərimova Vəfa Sadiq qızı və 2009-cu il təvəllüdlü Murtuzova Xədicə Heydər qızı çimərkən dəm qazından zəhərləniblər.

Azyaşlılar yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, X.Murtuzovanın valideynləri uşağı qonşuya müvəqqəti baxmaq üçün veribmiş.