18 May 2024
Bakıda “Qadın Bizneslərin inkişafı” Proqramı çərçivəsində növbəti biznes təlim keçirilib FOTO

Bakıda “Qadın Bizneslərin inkişafı” Proqramı çərçivəsində növbəti biznes təlim keçirilib FOTO

19 Fevral 2024
Baxış: 639

“Magen David Azərbaycan” nın dəstəyi, “Magen David International Center for Women”, “Qadınların İnkişafına və Maarfləndirilməsinə Dəstək” İctimai Birliyinin (QİM) birgə layihəsi olan “Qadın Bizneslərin inkişafı” Proqramı çərçivəsində növbəti biznes təlim keçirilib.

.
“Qadın Bizneslərinin İnkişafı Proqramı- I” layihəsi qadın sahibkarlar (fiziki və hüquqi şəxslər) şirkət idarəçiləri, qadın direktorlar və digər rəhbər vəzifələrdə çalışan qadınlar, potensial gənc qadın sahibkarlar üçün nəzərdə tutulub. Layihə çərçivəsində il boyunca təşkil olunan silsilə təlim, seminar, və master klass və konfranslarda, təlim rəhbərləri, ekspertlər və dəvət olunmuş dövlət qurumları nümayəndələri, uğurlu qadın sahibkarlar, iş xanımları tərəfindən layihə iştirakçılarını öz biznes strategiyalarını uğurla həyata keçirmək və bizneslərini inkişaf etdirmək üçün effektiv və lazımi yeni bilik, bacarıq və alətlərlə təmin edirlər.
18 fevral 2024-cü il tarixində Bakıda 30 nəfər qadın iştirakçının iştirakı ilə təşkil edilən təlimdə “Sahibkarlıq hüququ və sahibkarlığa dövlət dəstəyi”, “Biznesdə idarəetmə və liderlik”, “Rəqəmsal marketinq-prinsip və strategiyalar”, “Qadın sahibkarlığı- çətinliklər və həlli yolları” mövzularında sessiyalar təşkil olunub.
Təlim fəxri qonağı, Milli Məclisin deputatı, Azərbaycan Autizm Assosiasiyasının prezidenti, “Qadınların İnkişafına və Maarfləndirilməsinə Dəstək” İctimai Birliyinin idarə heyətinin fəxri üzvü Jalə xanım Əhmədova təlimə onlayn qoşularaq, sahibkarlıq hüququ ilə bağlı zəruri məlumatları iştirakçıların diqqətinə çatdıraraq, onlara işlərində uğurlar arzulamışdır.
“Magen David International Center for Women”-nin direktoru, “Qadınların İnkişafına və Maarfləndirilməsinə Dəstək” İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin üzvü, sahibkar, beynəlxalq dərəcəli biznes kouç, təlimçi Aygün Əhmədova təşkilatların fəaliyyət istiqamətləri və biznesdə idarəetmə bacarıqları, liderlik və biznes kouçluk haqqında məlumat verib.
Sonra, Center for International Private Enterprise (CIPE) Proqram meneceri, təlimçi Şəlalə Kamilova biznesin onlayn mövcudluğunu artırmaq və hədəf auditoriyaya effektiv şəkildə çatmaq üçün rəqəmsal marketinq prinsipləri və strategiyalar barədə təqdimatla çıxış edib.
Əczaçılıq üzrə fəlsəfə doktoru, sahibkar, “BİYAN” apteklər şəbəkəsinin rəhbəri, “Qadınların İnkişafına və Maarfləndirilməsinə Dəstək” İctimai Birliyinin İdarə Heyətinin üzvü, təlimçi Aynurə Hüseynova isə qadın sahibkarların biznes quruculuğunda üzləşdikləri çətinliklər, problemlərin həlli və əldə olunmuş uğurların qorunması ilə bağlı hekayə ilə iştirakçıları tanış edib.
Daha sonra “Qadınların İnkişafına və Maarfləndirilməsinə Dəstək” İctimai Birliyinin İdarə Heyətinin digər üzvləri, icraçı direktor Sevinc Həsənova və Hüquq Departamentinin rəhbəri Nəzakət Mahmudova təşkilatın həyata keçirdiyi layihə və tədbirlər haqqında məlumat veriblər.

İnteraktiv şəkildə davam edən təlimdə içtirakçıların sualları cavablandırılmış və təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, gənc qızlar və qadın sahibkarlar üçün ilin sonuna qədər davamlı olaraq keçiriləcək təlim və görüşlərin nəticələri təhlil olunacaq. Bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə təkliflər İqtisadiyyat Nazirliyinə təqdim olunacaq.

Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото Открыть фото

.

ajmedia.info