19 May 2024
Bakıda polis maşını "protiv" sürən bu sürücünü axtarır - VİDEO

Bakıda polis maşını "protiv" sürən bu sürücünü axtarır - VİDEO

26 Aprel 2023
Baxış: 326

Bakıda daha bir sürücü maşını əks istiqamətdə sürərək təhlükəli vəziyyət yaradıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Yolu "protiv" keçən sürücü digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atıb.

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, sözügedən fakt araşdırılır.

"Burada inzibati xətalar məcəlləsinin 327.4 maddəsi ilə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə 100 manat məbləğində cərimə nəzərdə tutulub".

Sözügedən görüntüləri təqdim edirik: