19 May 2024
Bakıda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşır

Bakıda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşır

26 İyun 2023
Baxış: 426

Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 172,4 manat təşkil edib.

AJMEDİA.İNFO report-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,9 % artıb.
Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 % artaraq 913,9 manata çatıb.