17 May 2024
Bakıda odlu silahla qətl törədən şəxs TUTULDU: Mərhumun yaxın qohumu imiş - YENİLƏNİB

Bakıda odlu silahla qətl törədən şəxs TUTULDU: Mərhumun yaxın qohumu imiş - YENİLƏNİB

11 Dekabr 2021
Baxış: 663

Dekabrın 10-da Suraxanı rayonu Binə qəsəbəsi sakini Allahverdi Mirzəyevin yaşadığı evin həyətində odlu silahla qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

AJMEDİA.İNFO xəbər verir ki, Suraxanı Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin qaynı Taryel Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə Allahverdi Mirzəyevin üz nahiyəsinə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Taryel Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

09:45

Bakı şəhərində baş vermiş qətl hadisəsinin üstü açılıb.

Bu barədə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, dekabr 10-da, saat 21:00 radələrində Suraxanı rayon sakini, Allahverdi Mirzəyevin odlu silahla öldürülmüş meyiti onun Hövsan qəsəbəsindəki evinin həyətində tapılıb.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs “isti izlərlə” yaxalanıb.

Bu, mərhumun yaxın qohumu – qaynı Taryel Qurbanovdur.

T.Qurbanov istintaqa təhvil verilib.