17 May 2024
Bakıda narkotik satılmasının görüntüləri - ANBAAN VİDEO

Bakıda narkotik satılmasının görüntüləri - ANBAAN VİDEO

02 Fevral 2022
Baxış: 518

Bakı şəhərində narkotik satılmasını əks etdirən görüntülər yayılıb.

AJMEDİA.İNFO-nun məlumatına görə, hadisə Nərimanov ərazisində qeydə alınıb.

Qadın və kişi narkokuryer narkotik vasitəni ərazidə daşın üstünə qoyublar. Bir müddət sonra bir nəfər həmin narkotik maddəni gizlədilən yerdən götürüb.

Həmin görüntüləri təqdim edirik:

Artıq Daxili İşlər Nazirliyi Bakı şəhərində narkotik satılmasını əks etdirən görüntülərlə bağlı məsələyə münasibət bildirib.

DİN-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat barədə araşdırma aparılır.