16 May 2024
Bakıda narkotacir üç kiloqram narkotiklə tutuldu - FOTO/VİDEO

Bakıda narkotacir üç kiloqram narkotiklə tutuldu - FOTO/VİDEO

11 Dekabr 2021
Baxış: 843

Səbail rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxsdən üç kiloqram narkotik maddə aşkar edilib.

AJMEDİA.İNFO xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi, Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Həsən Abdullayev tutularaq istintaqa təqdim edilib.

Üzərində şəxsi axtarış aparılan zaman ondan ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, psixotrop maddə metamfetamin və metadon həbləri aşkar edilərək götürülüb. O, ifadəsində narkotik maddələri satmaq məqsədi ilə əldə etdiyini bildirib. Səbail RPİ-də saxlanılan şəxsin ətrafında narkotik maddələrin mənbəyinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Səbail rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxlərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.