18 May 2024
Bakıda məşhur gecə klubu PARTLADI: Ölənlər və yaralananlar var - VİDEO+YENİLƏNİB
Bakıda məşhur gecə klubu PARTLADI: Ölənlər və yaralananlar var - VİDEO+YENİLƏNİB

Bakıda məşhur gecə klubu PARTLADI: Ölənlər və yaralananlar var - VİDEO+YENİLƏNİB

03 Aprel 2022
Baxış: 1129

Bakının Səbail rayonunda partlayış baş verib.

APA-nın məlumatına görə hadisə "Torqovu" kimi tanınan ərazidə yerləşən gecə klubunda qeydə alınıb.

Tərlan Əliyarbəyov küçəsində zirzəmidə yerləşən "Korona" klubda qəfil partlayış baş verib.

Hadisə yerinə FHN-nin əməkdaşları və polis əməkdaşları cəlb edilib. Xəsarət alan şəxslər təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanaya aparılır.

***

Partlayış nəticəsində ətrafdakı nəqliyyat vasitələrinə də ziyan dəyib. Partlayış qaz sızmasından baş verib. Hadisə nəticəsində klubun üstündə yerləşən mənzillər də zərər görüb.Hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ilkin məlumata görə, partlayış nəticəsində nəticəsində ölən və yaralananlar var. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

***

TTTYX-dən verilən ilkin məlumata görə, indiyə qədər 6 yaralı 1 Saylı Şəhər Xəstəxanasına, 25 yaralı isə Yanıq mərkəzinə yerləşdirilib.

***

Hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir.

Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardım briqadalarından verilən məlumata görə, saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) Hospitalizasiya edilib.

***

Partlayış baş vermiş əraziyə FHN-nin xüsusi təlim görmüş itləri cəlb edilib. Dağıntılar arasında qalanların olduğu ehtimal edilir. Azerforum