17 May 2024
Bakıda məhkəmədə şok OLAY: Zalda ürəyi partlayıb öldü - FOTO

Bakıda məhkəmədə şok OLAY: Zalda ürəyi partlayıb öldü - FOTO

23 Dekabr 2022
Baxış: 349

Bakıda kişi məhkəmə zamanı ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda vəkil Adəm Məmmədov məlumat verib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs məhkəmə zamanı vəfat edib:

"Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi. Həyat çox etibarsızdı. Allah rəhmət eləsin!"

AZXEBER.COM-a danışan vəkil mərhumun dələduzluqda ittiham edildiyini və onun ürəyinin bu ittihamlara dözmədiyini bildirib: "Mərhumun 62 yaşı var idi.

İnsult keçirmişdi. bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəfat etdi. 178.3.2-ci maddə ( külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham

olunurdu, cinayət məsuliyyətinə cəlb olunmuşdu, ancaq həbssiz idi".