18 May 2024
Bakıda maraqlı ANLAR: Saatlarla tıxacda qalan sürücülər qarpız kəsib yedilər - VİDEO

Bakıda maraqlı ANLAR: Saatlarla tıxacda qalan sürücülər qarpız kəsib yedilər - VİDEO

25 İyul 2023
Baxış: 395

Bu gün Bakının cənub istiqamətindəki girişdə yaranan güclü tıxacda maraqlı anlar yaşanıb.

AJMEDİA.İNFO xəbər verir ki, xeyli müddət Bayıl qəsəbəsi ərazisində - Salyan şosesindəki tıxacda gözləyən sürücülərdən biri avtomobildən qarpız götürərək kəsib. Digər sürücülərlə birgə qarpızı doğrayan şəxs dilimləri tıxacda gözləyən digər şəxslərə paylayıb.

Həmin şəxs təxminən 2 saat ərzində Lənkərandan Bakıya gəldiyini, lakin paytaxta daxil olandan sonra hərəkətin 40 dəqiqədir dayandığını deyib. Sosial şəbəkələrdə yayılan görüntülər maraqla qarşılanıb.

Qeyd edək ki, bu gündən paytaxtın cənub girişi istiqamətindəki əsas prospektlərdən olan Neftçilər prospektində təmir işlərinə başlanılıb. Nəticədə tıxac yaranıb.