16 May 2024
Bakıda mağazalara hücum edən cinsi azlıq nümayəndəsi HƏBS EDİLDİ - YENİLƏNİB

Bakıda mağazalara hücum edən cinsi azlıq nümayəndəsi HƏBS EDİLDİ - YENİLƏNİB

03 Sentyabr 2021
Baxış: 559

Bakıda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən Kənan Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

AJMEDİA.İNFO-nun report-a istinadən məlumatına görə, bununla bağlı Nəsimi Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, K.Tağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Onun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.

K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb.

xxx

12:01

Paytaxtda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən şəxs müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AJMEDİA.İNFO-ya bildirilib ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlunun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.

K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb, istintaq hərəkətləri davam etdirilir.