20 May 2024
Bakıda liftə zərər vuran BU VƏZİFƏLİ ŞƏXS İMİŞ - ANBAAN VİDEO

Bakıda liftə zərər vuran BU VƏZİFƏLİ ŞƏXS İMİŞ - ANBAAN VİDEO

12 İyun 2023
Baxış: 406

Bakıda yaşayış komplekslərindən birində binanın liftinin düymələri qoparılıb.

AJMEDİA.İNFO bildirir ki, bu barədə məlumatı sosial şəbəkələrdə "Haqqın.az" xəbər portalının baş redaktoru Eynulla Fətullayev paylaşıb.

O qeyd edib ki, hadisə şəhərin mərkəzində, “Yeni Həyat” yaşayış kompleksində qeydə alınıb.

“Rüsvayçı hadisəni Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Rəşid oğlu Bağırov törədib. O, sakinlərin liftini qırıb. Buna nə ad verəsən? Bu nə vəhşilikdir? Dövlət, Milli Məclis, Məhkəmə-Hüquq Şurası dərhal bu hadisəyə reaksiya verməlidir. Bu psixi xəstəyə insan talelərini necə etibar etmək olar?”, - deyə jurnalist paylaşımında qeyd edib.