18 May 2024
Bakıda iki qardaş dörd evdən oğurluq etdi - ANBAAN VİDEO + FOTO

Bakıda iki qardaş dörd evdən oğurluq etdi - ANBAAN VİDEO + FOTO

16 Dekabr 2021
Baxış: 341

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində dörd mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat nəticəsində Göygöl rayon sakinləri Şahin Dursunov və qardaşı Sərvin Dursunov saxlanılaraq istintaqa təqdim ediliblər. Onlar zərərçəkənlərə ümumilikdə 10 min manata yaxın maddi ziyan vurublar.

Hər iki şəxsin oğurluğa getməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib.

Saxlanılan şəxslər ifadələrində oğurluq etdiklərini etiraf ediblər.

Qeyd edək ki, Şahin Dursunov saxlanılan zaman ondan əlavə olaraq narkotik maddə olan heroin də aşkar edilib.

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Onların paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur. Şahin və Sərvin Dursunovların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Xətai Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.