05 May 2024
Bakıda iki erməni qardaş ələ keçdi - FOTO / VİDEO

Bakıda iki erməni qardaş ələ keçdi - FOTO / VİDEO

01 Fevral 2024
Baxış: 486

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı avtomobillərdən oğurluq edən əvvəllər məhkum olunmuş Səyyad Qənbərov, Ramana və Sabunçu qəsəbələrində 10-a yaxın evdən oğurluq edən Rövşən Cəfərov, Vüqar Sadıxov və Elçin Danilyan saxlanılıblar.

AJMEDİA.İNFO xəbər verir ki, əməliyyat zamanı saxlanılanlardan ikisi ermənidir və qardaşdırlar - 1966-cı il təvəllüdlü Rövşən Cəfərov və 1971-ci il təvəllüdlü Elçin Danilyan.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, erməni qardaşlar əvvəllər də oğurluq və digər cinayətlərə görə saxlanılıb:

"Belə ki, 2019-2020-ci illərdə Bakıda ev quşları oğurladıqları üçün saxlanılan erməni qardaşlar əməllərini etiraf edib”.

Məlumata görə, qardaşlar Sabirabad rayonunun sakinləridir. Rövşən evlənəndən sonra həyat yoldaşının soyadını götürüb. Sonradan cütlük boşansa da, həmin şəxs Cəfərov soyadını saxlayıb. Elçin isə Danilyan soyadını dəyişməyib.

Musavat.com