18 May 2024
Bakıda gecə vaxtı dəyənəklə POLİSƏ HÜCUM ETDİ - ANBAAN VİDEO

Bakıda gecə vaxtı dəyənəklə POLİSƏ HÜCUM ETDİ - ANBAAN VİDEO

23 May 2023
Baxış: 304

Bakıda bir qrup şəxs gecə saatlarında ictimai asayişi pozub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Hadisə “Qara Qarayev” metro stansiyasının yaxınlığında yerləşən restoranlardan birinin qarşısında baş verib.

Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb.

Hətta biri dəyənəklə polis əməkdaşına zərbə endirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

Görüntüləri olduğu kimi təqdim edirik: