18 May 2024
Bakıda evdə partlayış olub - Video

Bakıda evdə partlayış olub - Video

23 İyul 2022
Baxış: 427

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.
AJMEDIA.İNFO xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbər görə, partlayış dalğasının təsirindən evin ön divarı uçub.
Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.