17 May 2024
Bakıda ETİRAZ - Yük avtomobilləri YOLU BAĞLADI + FOTO

Bakıda ETİRAZ - Yük avtomobilləri YOLU BAĞLADI + FOTO

17 Fevral 2022
Baxış: 441

Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb.

AJMEDİA.İNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, sürücülər yolu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz məqsədilə bağladıqlarını deyirlər.

Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməməsinə görə mallarının xarab olduğunu iddia edirlər.

Məlumata görə, TIR-ların gecədən səhər saatlarına qədər yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkəti iflic olub və böyük tıxac yaranıb.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları az öncə yolu açmağa nail olublar.