17 May 2024
Bakıda DƏHŞƏT: Marşrut avtobusu PARTLADI – VİDEO

Bakıda DƏHŞƏT: Marşrut avtobusu PARTLADI – VİDEO

21 İyul 2023
Baxış: 547

Bakıda dəhşətli hadisə baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, 46 nömrəli marşrut avtobusunda partlayış baş verib.

Hadisə şahidləri bildiriblər ki, hadisə Köhnə Günəşli qəsəbəsində, sözügedən marşrutun sonuncu dayanacağında olub. Partlayış o qədər güclü olub ki, qəsəbənin uzaq ərazilərində də eşidilib.

Partlayışdan sonra avtobus tamam yanıb.

Xoşbəxtlikdən partlayış zamanı avtobusda sərnişinlər olmayıb.