18 May 2024
Bakıda bu yollarda hərəkət qaydaları DƏYİŞDİ - DİQQƏT!

Bakıda bu yollarda hərəkət qaydaları DƏYİŞDİ - DİQQƏT!

04 Dekabr 2023
Baxış: 384

Bakıda Səməd Vurğun küçəsinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində ikitərəfli hərəkət təşkil edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, agentklik tərəfindən sıxlıq müşahidə edilən küçələrdə nəqliyyat yükünün azaldılması, paytaxt yollarında münaqişəli nöqtələrin minimuma endirilməsi və təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Belə ki, növbəti infrastruktur layihəsi Səməd Vurğun küçəsinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişmələrində həyata keçirilib. Bu ərazidə yol hərəkətinin təşkilində dəyişiklik edilib.

Həyata keçirilən işlər çərçivəsində Səməd Vurğun küçəsinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində ikitərəfli hərəkət təşkil edilib. Geriyədönmə yerinin ölçülərini dəyişməklə Füzuli küçəsində yalnız sola hərəkətə icazə verən zolaqda düzünə və sola hərəkət təmin edilib. Piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə panduslar inşa olunub. Ərazidə müvafiq nişanlar quraşdırılıb və nişanlanma xətləri çəkilib.

Görülən işlər Şəmsi Bədəlbəyli küçəsindən Səməd Vurğun küçəsinə şimal istiqamətində birbaşa çıxış imkanı yaradıb. Bununla da kəsişmədə münaqişə nöqtələri minimuma endirilib, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin nəqliyyat yükü azalıb, yollarda təhlükəsizlik səviyyəsi yaxşılaşdırılıb.

Qeyd edək ki, infrastruktur layihəsi nəticəsində Füzuli küçəsinin hərəkəti buraxma qabiliyyətinin 30%-ə qədər artacağı gözlənilir.