06 May 2024
Bakıda bu rayon LƏĞV EDİLİR

Bakıda bu rayon LƏĞV EDİLİR

05 Avqust 2021
Baxış: 984

Bakının Nizami rayonu ləğv edilir. Rayonun ərazisi isə Xətai və Nərimanov rayonları arasında bölüşdürüləcək.

AJMEDİA.İNFO bu barədə veteninfo.az-a istinadən xəbər verir.

Sayt yazır ki, hazırda bu istiqamətdə Nazirlər Kabneti yanında müvafiq təhlillər aparılmaqdadır.

Bundan başqa Bakı şəhərində mərkəzi rayonun yaradılması ilə bağlı da işlərə start verilib.

Məlumata görə, Səbail, Yasamal, Nəsimi, Nərimanov rayonlarının bir sıra hissəsini özündə birləşdirəcək mərkəzi rayon yaradılacaq.

Xatırladaq ki, hələ bir neçə il əvvəl mərkəzi İçərişəhər olmaqla Bakıda yeni rayonun yaradılması barədə xəbərlər dolaşmaqda idi. Hətta bununla bağlı açıqlamalar verilmiş, bu istiqamətdə araşdırmalar aparıldığı bildirilmişdi. Görünən odur ki, ümumiyyətlə. Bakının yenidən rayonlaşdırılması nəzərdə tutulub və bu da yeni inzibati ərazilərin yaranması deməkdir.