20 May 2024
Bakıda bu binaların tikintisi QADAĞAN EDİLƏCƏK

Bakıda bu binaların tikintisi QADAĞAN EDİLƏCƏK

08 Yanvar 2024
Baxış: 371

Sanitar-mühafizə zonası ilə bağlı tələblər nəzərə alınmadan sahil zonasına çox yaxın ərazidə inşa olunmuş tikililərlə bağlı tədbirlər nəzərdə tutulmalıdır.

AJMEDİA.İNFO bildirir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, tikililər su hövzəsinə 50 m məsafədə yerləşdikdə və bina istismar üçün yararsız olduqda onun yenidən qurulmasına deyil, sökülməsinə dair qərar qəbul edilə bilər. Bu cür hallarda, su hövzəsinin 50 m radiusunda bina tikintisinə qadağa qoyula bilər (100 ildə bir subasma baş verə biləcək zonalar daxilində).