17 May 2024
Bakıda avtomobillə azyaşlının vurulma anı - VİDEO

Bakıda avtomobillə azyaşlının vurulma anı - VİDEO

16 Aprel 2023
Baxış: 404

Bakıda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

Məlumata görə, hadisə Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin arasında yerləşən küçədə baş verib. Belə ki, valideyn nəzarətindən kənarda qalan uşaqlar piyada keçidində topla oynayıb. Yüksək sürətlə avtomobili idarə edən sürücü uşaqlardan bir nəfəri vurub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az