17 May 2024
Bakıda 35, rayonlarda 38 dərəcə İSTİ OLACAQ

Bakıda 35, rayonlarda 38 dərəcə İSTİ OLACAQ

03 İyun 2022
Baxış: 450

İyunun 4-nə gözlənilən hava şəraiti açıqlanıb.

AJMEDİA.İNFO-ya bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 30-35, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45% olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.