02 May 2024
Bakıda 15 günlük körpəni ZİBİL YEŞİYİNƏ ATDILAR

Bakıda 15 günlük körpəni ZİBİL YEŞİYİNƏ ATDILAR

18 İyul 2023
Baxış: 374

Bakıda zibil yeşiyindən yeni doğulmuş körpə tapılıb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə dünən saat 14 radələrində Sabunçu qəsəbəsi Tatarski küçəsində yerləşən “Oba” marketin yaxınlığında baş verib.

Oradakı zibil yeşiklərindən birinin içərisindən 10-15 günlük körpə parçaya bükülmüş halda aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.

İlkin müayinə zamanı körpənin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib, onun səhhəti normaldır.

Körpənin valideynlərinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Hazırda faktla bağlı Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.(Qafqazinfo)