21 May 2024
Bakı və Abşeronda GÜCLÜ KÜLƏK ƏSİR - FAKTİKİ HAVA

Bakı və Abşeronda GÜCLÜ KÜLƏK ƏSİR - FAKTİKİ HAVA

04 Aprel 2024
Baxış: 267

Saat 12:00-a olan məlumatına əsasən, hazırda ən güclü külək Bakı və Abşeron yarımadasında müşahidə olunur, küləyin maksimal sürəti 30 m/s-dir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, səhər saatlarından başlayaraq bölgələrdə müşahidə olunan güclü şimal-qərb küləyi artıq qərb rayonlarında nisbətən zəifləyib:

"Belə ki, hazırda küləyin maksimal sürəti Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Mingəçevir, Yevlax, Tərtərdə 22 m/s, Şabran, Altıağac, Şəmkir, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Ağdam, Xaçmazda 16 m/s-dir".

G.Məmmədova qeyd edib ki, müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyəcək.