21 May 2024
Bakı-Quba yolundakı tıxacla bağlı RƏSMİ AÇIQLAMA

Bakı-Quba yolundakı tıxacla bağlı RƏSMİ AÇIQLAMA

08 Avqust 2022
Baxış: 395

Bazar günü olması səbəbibdən bölgələrdən paytaxt istiqamətinə nəqliyyat axını var və buda yollarda hərəkət intensivliyinin artması ilə müşahidə olunur.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinim İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

“Qeyd olunduğu kimi Baki-Quba yolunda böyük tıxac yaranmayıb. Hazırda YPX əməkdaşları yollarda hərəkəti tam formada nizamlayırlar. Bir daha sürücülərdən yollarda təmkinli olmağı, tələskənlik nümayiş etdirməməyi və yollarda hərəkətin nizamlanmasında fasiləsiz xidmət aparan YPX əməkdaşlarına öz lazımı köməkliklərini göstərmələrini xahiş edirik”.Musavat.com