02 May 2024
“Bakı Qarabağın müstəqilliyi ilə razılaşmalıdır” - Zatulindən ŞOK AÇIQLAMA

“Bakı Qarabağın müstəqilliyi ilə razılaşmalıdır” - Zatulindən ŞOK AÇIQLAMA

25 May 2021
Baxış: 1493

“Dağlıq Qarabağın erməni əhalisi Azərbaycanın daxilində yaşamağa hazır deyil”.

AJMEDİA.info “Sputnik”ə istinadən xəbər verir ki, növbəti sərsəm açıqlamanın müəllifi rusiyalı deputat Konstantin Zatulindir. “Məntiqli olardı ki, rəsmi Bakı Dağlıq Qarabağın müstəqilliyinə razılaşsın. Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından bəri əsas problem, yəni status məsələsi həll olunmamış qalır. Əvvəl danışıqlarda Qarabağın müstəqilliyinin əvəzində bəzi rayonların Azərbaycana qaytarılması məsələsi gündəmdə indi. İndi bu ərazilər hərbi əməliyyatların dayandırılması qarşılığında təslim edildi. Beləliklə, status məsələsi həll olunmamış qaldı” – zatulin sərsəm fikirlərini davam etdirir.

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdiyi referendum variantı, münaqişədən əvvəl yerli əhalinin etnik mənsubiyyət nisbətlərini qorumaqla (ermənilərin təqribən 74% -i), şübhəsiz ki, müstəqillik əldə etməyi nəzərdə tuturdu. Azərbaycan bunu başa düşdü və hərbi qisasa üstünlük verdi. Ona Türkiyənin köməyi və “məxməri inqilab”dan sonra Ermənistan və Rusiya arasındakı münasibətlərin pisləşməsi kömək etdi”, – deyə düşünülməyən, məntiqsiz və sərsəm fikirlərini yekunlaşdırıb.(konkret.az)