21 May 2024
Bakı metrosunda DAVA - ANBAAN VİDEO

Bakı metrosunda DAVA - ANBAAN VİDEO

06 İyul 2023
Baxış: 269

Ötən gün Bakı metrosunda dava düşüb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə metronun “Əhmədli” stansiyasında qeydə alınıb.Hadisə ilə əlaqədar Baku.vs Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxlayıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, iyunun 5-də metronun “Əhmədli” stansiyasında polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq sərnişin olan iki qadından əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar polisin qanuni tələbinə tabe olmaq istəməyərək qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər:

“Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.

Sözügedən görüntüləri təqdim edirik: