21 May 2024
Bağdasaryandan ŞOK AÇIQLAMA: "Müharibədə erməni əsgərlərin 40 faizini erməni generallar öldürüb" - VİDEO

Bağdasaryandan ŞOK AÇIQLAMA: "Müharibədə erməni əsgərlərin 40 faizini erməni generallar öldürüb" - VİDEO

01 Dekabr 2021
Baxış: 609

“Qarabağda yaşayan erməni oğlanlarının 40 faizini “Artsax”ın müdafiəsi ilə məşğul olan ordu, “Artsax” zabitləri, generalları öldürüb. Bunun üçün onlar xüsusi göstəriş veriblər. Moskvada yaşayan erməni blogerlər siz niyə bu haqda danışmırsınız?”.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri erməni bloger Roman Bağdasaryan sosial şəbəkədə canlı yayımı zamanı səsləndirib.

“Öz murdar ağzınızı Paşinyana qarşı açmırsınız. Niyə demirsiniz ki, hərbçilər generalların təlimatı ilə məhv edilib. Ermənistanda hamıya deyin ki, Suqovuşanda (Madagiz) 200-ə yaxın erməni əsgərini generallar necə məhv edib. Onları niyə öldürdülər? Bunu deyə bilmirsiniz? İstəyirdilər ki, ölənlərin sayı çoxalsın.

Qarabağ erməniləri düşünürdülər ki, tabutların çoxluğu Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaq.

Sizə ar olsun ki, 30 il ərzində Ermənistandan minlərlə oğlanlarımız ora döyüşməyə getdi, hamısını öldürdünüz”, deyə o, qeyd edib.

(Bizim.Media)