21 May 2024
Bacısı Elzadan danışıb ağladı: "O mənim sənət əsərimdir, üzr istəsin" - VİDEO

Bacısı Elzadan danışıb ağladı: "O mənim sənət əsərimdir, üzr istəsin" - VİDEO

10 İyul 2023
Baxış: 420

"Mən onu təbrik etməyəcəyəm. Çünki o, məni altı ildir təbrik etmir. Əgər yeddi, səkkiz ilimi doldurmasa, mənim üçün bacım yox, atamın, anamın qızı olacaq".

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan "Elgizlə izlə" verilişinə verdiyi müsahibədə deyib.

"Biz elə bacılarıq ki, bir-birimizə hörmət edirik. Görürsünüz, ona "Elza xanım" deyə müraciət edirəm. Onu mən elə-belə demirəm. O, artıq mənim dilimdədir. O, onu qazanıb.

Elza məndən üzr istəsin, mən də onu bağışlayacağam (ağlayır). Mən artıq Elzasızlığa öyrəşmişəm. Çünki o, mənim sənət əsərimdir. O, mənim "manikenimdir". Mərhum İlhamə Quliyeva mənim üçün əl çaldırdı ki, belə bir bacıdan yoxdur. O görürdü ki, Elzanın zəhmətini necə çəkirəm. Nəyə görə ağlayıram? Çünki o, bizdə belə bir səhvləri görməməli idi. Mənim üçün Elzasızlıq çox çətindir, amma mən buna artıq öyrəşdim. Mənə ana timsalında bacı deyirdilər".

Elza Seyidcahan isə kövrələrək bacısının şən və xoşbəxt olduğu üçün sevindiyini bildirib:

"O gözəl etiraf etdi ki, Elzasızlığa öyrəşdim. İstəyirəm ki, mənsizliyə öyrəşsinlər. Yanımda olanda mənə də onlara da çətin olur. Sevinirəm ki, özünün işi və ətrafı var".