18 May 2024
AzTV-nin məşhur aparıcısı Azərbaycanı TƏRK ETDİ - VİDEO

AzTV-nin məşhur aparıcısı Azərbaycanı TƏRK ETDİ - VİDEO

18 Yanvar 2024
Baxış: 521

Aparıcı Xədicə Sənanqızı AzTV kanalındakı fəaliyyətinə son qoyub.

AJMEDİA.İNFO Axşam.az-a istinadən xəbər verir ki, işdən çıxan aparıcı Azərbaycanı tərk edib. O, bir müddətdir ki, Türkiyədədir.

İstanbula yollanan X.Sənanqızı orada dincəlir. Aparıcı gəzinti görüntülərini izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, o, "Günə davam" proqramına aparıcılıq edirdi. Yanvarın ilk günündən etibarən Xədicə proqramda yer almayıb. Verilişi onun yerinə Nübar Əbil aparır.